Polisə şikayət etdi: "NARKOTİKİMİ OĞURLAYIBLAR"

# 16:45
31 oktyabr 2013

Sabirabadda qəribə kriminal hadisə baş verib. Narkotik vasitəsinin oğurlandığına dair polisə şikayət edən şəxs hamını təəccübləndirib. Rayonun Muğangəncəli kənd sakini, 1977-ci il təvəllüdlü Abıyev Elnur Abı oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü  Tariyel İmanovun evinə gələrək ondan 100 qram narkotik vasitə olan qurudulmuş marixuananı 600 manata alıb.

 

APA TV-nin xəbərinə görə, Tariyel İmanov daha sonra polisə zəng edərək, evindən narkotik vasitənin oğurlandığını bildirib.

Müstəntiq Yavər Eyvazov deyib ki, Elnur Abıyevin evindən ümumi çəkisi 9,84 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

Tariyel İmanov istintaqa ə deyib ki, həmin gecə  Elnur Abıyevə satmış olduğu 100 qram narkotik vasitədən 600 pul və evində qalan 250 qram marixuana oğurlanıb.

Tariyel İmanov isə deyib ki, evindən 250 qram narkotik vasitə, 2200 manat pul və tərəzi oğurlanıb.

 

Hazırda hər iki şəxsə qarşı cinayət işi açılıb, barələrində həbs qəti-imkan tədbiri seçilib.   Oğurlanan pul və narkotik vasitənin tapılması istiqamətində araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR