12 illik təhsilə keçiddə tətbiq olunacaq YENİLİK VƏ QAYDALAR

# 16:32
4 noyabr 2013

 

Azərbaycanda 12 illik təhsilə keçidlə əlaqədar tətbiq olunacaq yeniliklər və qaydalar açıqlanıb. APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, 12 illik təhsil dünyanın aparıcı təhsil sisteminə malik olan ölkələrində tətbiq edilir. Onun sözlərinə görə, bu təhsil sisteminin hazırkı təhsil sistemindən əsas fərqi məcburi təhsil alma müddətinin 10 il olmasıdır:

”Öz təhsilini ali təhsil sistemində davam etdirmək istəyən şagirdlərə son 2 ildə müəyyən fənlərin dərindən öyrədilməsi planlaşdırılır. Bu islahat yalnız orta təhsil sisteminə deyil, ali təhsil sisteminə də təsir göstərəcək. Hazırda ali təhsil sistemində I və II kurslarda bir sıra ümumi fənlər keçirilirsə, 12 illik təhsil sisteminin tətbiqindən sonra I və II kurslarda həmin ümumi fənlərin ixtisarı nəzərdə tutulacaq. Bu da ali təhsilalma müddətində tələbələrə məhz öz seçdiyi ixtisaslara daha dəqiq yiyələnmək üçün müvafiq ixtisas fənlərini seçərək püxtələşmələrinə imkan verəcək".

Təhsil naziri qeyd edib ki, 12 illik təhsil sisteminə ölkə üzrə birdəfəlik, yaxud tədricən keçirilib-keçirilməyəcəyi barədə indidən fikir söyləyə bilməyəcəyəm: "Amma mənim üstünlük verdiyim hər zaman odur ki, hər bir yenilik əvvəlcə məhdud çərçivədə tətbiqi olunsun. Onun nəticələri öyrənilər və ondan sonra müvafiq düzəlişlər edildikdən sonra geniş miqyasda tətbiqi oluna bilər".

Bundan başqa  təhsil naziri Mikayıl Cabbarov son günlər Azərbaycanın ali təhsil müəssisələrində imtahan qaydalarının dəyişməsi ilə bağlı etirazlara da aydınlıq gətirib.O, bildirib ki, imtahanın formasından asılı olmayaraq onların hər biri şəffaf və obyektiv keçirilməlidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR