"Mersedes” qəza törətdi, SÜRÜCÜ HADİSƏ YERİNDƏN QAÇDI

# 17:22
4 noyabr 2013

Cəlilabadda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun 125 kilometrliyində - rayonun  Alar kəndindən keçən  hissəsində qeydə alınıb. Biləsuvar rayon sakini Rafiq İsmayılovun idarə etdiyi “Mersedes” makalı mikroavtobus  Bakı istiqamətində hərkətdə olarkən Cəlilabad rayon sakininin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vastəsinə ciddi ziyan dəyib.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya hadisə yerindən qaçmış “Mersedes”  markalı avtomobilin sürücüsü şərait yaradıb.

 

Faktla bağlı  BDYİ nin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR