Kaspşik özünə haqq qazandırır - İZAHAT

# 17:57
4 noyabr 2013

“Təəssüf ki, atəşkəs hərdən pozulur və bu barədə mənə hər iki tərəfdən məlumatlar gəlir. Belə hadisələr baş verəndə mən vəziyyəti araşdırmağa çalışıram”. 

APA TV-nin xəbərinə görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik verib.

 A. Kaspşik bildirib ki, onun mandatının əsas mahiyyəti tərəflər arasında etimadın qurulmasıdır: “Hər kəs mənim mandatımın mahiyyətini yaxşı başa düşməlidir. Bu mandat təhqiqatlar aparmaqla bağlı deyil, informasiya və tərəflər arasında etimad tədbirləri ilə əlaqəlidir. Dəfələrlə bu cür tədbirlər nəticəsində gərginliyi azaltmaq mümkün olub. Gərginliyin azaldılması daha az qurbanların, daha az zərər çəkənlərin olması deməkdir. Bu, mənim buradakı fəaliyyətimin əsas məqsədlərindən biridir. Belə da qalacaq”.  

 

Xatırladaq ki, oktyabr ayında ATƏT-in qoşunların təmas xəttində keçirdiyi monitorinq zamanı atəşkəs pozulub. ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi bununla bağlı məlumatında atəşkəsin hansı istiqamətdən pozulduğunu açıqlamayıb. Azərbaycan tərəfi buna etirazını bildirib.   

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR