İpoteka şərtlərində güzəşt ola bilər - NAZİR

# 18:00
4 noyabr 2013

Sosial ipotekanın şərtləri dəyişdirilməlidir. APA TV-nin xəbərinə görə, millət vəkili Vahid Əhmədov Milli Məclisin 5 komitəsinin birgə keçirdiyi iclasda deyib ki, aztəminatlı təminatlı ailələr, gənclər, hərbçilər, müəllimlər faiz və ilkin ödənişi ödəyə bilmədiklərinə görə, ipotekadan yararlana bilmirlər. Dövlət qulluqçularının maaşlarının azlığına toxunan Vahid Əhmədov deyib ki, yerli icra orqanlarında işləyənlərin əməkhaqqısı cəmi 150-200 manatdır.

Maliyyə naziri Samir Şərifov isə bildirib ki, sosial ipoteka ilə bağlı şərtləri yüngülləşdirməklə banklar müəyyən risklər qarşılaşa bilər: “Maliyyə Nazirliyi bankları məcbur edə bilməz ki, riskləri sığortalamadan ipoteka kreditləri versinlər. İpotekanın dünya praktikası öyrənilir və buna uyğun addımlar atılır. Doğurdan da burada müəyyən güzəştlər edilə bilər. İpoteka şərtləri Azərabyacanda yüksəkdir. Buda ilk növbədə bankda çox yüksək faizdən qaynaqlanan bir məsələdir”.

 

Samir Şərifov eyni zamanda dövlət qulluqçularının maaşının artırılması məsələsinə də münasibət bildirib: “Bu il dövlət büdcəsində çalışanların hamısının maaşı artırılıb. Amma 2014-cü ildə dövlət qulluqçularının əmək haqqının artırılmasına yenidən baxa bilərik”.

Müəllimlərin dövlət qulluqçusu statusuna baxıla biləcəyini diqqətə çatdıran nazir bildirib ki, hazırda dövlət qulluqçularının sayı 30 min civarında olsa da, təhsil sahəsində 440 mindən artıq insan çalışır. Ona görə bu sahədə ciddi, düşünülmüş addımlar artırılmalıdır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR