Sumqayıtda xüsusi əməliyyat - QUMARXANA AŞKARLANDI

# 19:05
4 noyabr 2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda xüsusi əməliyyat keçirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, əməliyyat nəticəsində Sumqayıt şəhər sakini Cavad Ağayevin tamah məqsədilə Sumqayıt şəhəri 4-cü məhəllə Nizami küçəsi ev 28/17-də qumarxana təşkil etməsi və Kimyaçılar qəsəbə sakinləri, tanışları Ziyad Şirinov və Sirac İsmayılov ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında həmin ünvanda yaddaşında müxtəlif qumar oyunlarının yükləndiyi 7 ədəd noutbuk tipli kompüter yerləşdirmələri müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 1-də qeyd edilən ünvanda qumar oyunlarından əldə edilmiş 640 manat, maqnit informasiya yaddaş daşıyıcılarının iş masalarında qumar oyunları üçün nəzərdə tutulmuş proqramlar aşkarlanıb. 7 ədəd noutbuk tipli kompüter, üzərində qumar oyunlarının oynanılması üçün kodların yazıldığı 23 ədəd vərəqə götürülüb.

 

Faktla əlaqədar cinayət işi başlanıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR