Heydər Əliyev prospektində zəncirvari qəza: 5 MAŞIN TOQQUŞDU

# 19:25
4 noyabr 2013

Heydər Əliyev prospekti 132-də zəncivari qəza hadisəsi baş verib, 5 avtomobil toqquşub. APA TV xəbər verir ki, şahidlərin sözünə görə, toqquşma iki etapda baş verib.

 

Onlardan biri hadisəni belə danışıb: "İş yoldaşımla gedirdik. Qabaqda bir maşın var idi, "Mersedes". O əyləcə basdı, qabaqdakı maşın da saxladı. Bizimki, də saxladı. Arxadan "Volqa - Qaz 31", gəldi dəydi. Maşınlar dayandı. Üstündən iki saniyə keçmədi, daha bir zərbə oldu".

 

Qəza nəticəsində bədən xəsarəti alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisəyə səbəb tıxacdan çıxan avtomobil sürücülərinin sürət həddini aşmaları və ara məsafələrini gözləmədən hərəkət etmələri olub. Hadisə yerinə Yol Polisi əməkdaşları cəlb olunub.  Hadisəylə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR