Şəkidə ağır yol qəzası, 2 NƏFƏR YARALANDI

# 10:16
5 noyabr 2013

Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA TV-nın məlumatına görə, iki nəfərin yaralanması ilə nəticələnən qəza Şəki-Qax yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Baş Göynük kənd sakini, 1980-cı il təvəllüdlü Aslanov Asif İsmayıl oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobil Balakən rayon sakini Dundarov Elvin Vahid oğlunun idarə etdiyi “LADA 21-112” markalı avtomobillə toqquşub. Baş vermiş qəza nəticəsində VAZ-2106-nın sürücüsü Asif Aslanov və digər avtomobildə olan sərnişin Balakən rayon sakini, 19 yaşlı Dibirov Elnur Şamil oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR