13 yaşlı qardaşı qızını qaçırdı - CİNAYƏT İŞİ AÇILDI
Yevlaxda itkin düşən 13 yaşlı qızın əmisi tərəfindən qaçırılaraq seksual hərəkətlərə məruz qaldığı məlum olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 13-də Yevlax rayon sakini İ.Mustafayevin 13 yaşlı qızının və qardaşı Elçin Mustafayevin itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə etdiyi müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb.
Polis əməkdaşları tərəfindən bütün mümkün ehtimallar nəzərdən keçirilib və Elçin Mustafayevin qardaşı qızını Bakı şəhərinə apardığı müəyyənləşdirilib. Keçirilmiş tədbirlərlə onların qaldıqları yer aşkar olunaraq Yevlax Rayon Polis Şöbəsinə gətiriliblər.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Qeyd edək ki, Yevlaxda 13 yaşlı qızın itkin düşməsi barədə ilk məlumatı APA yayıb.
DİGƏR XƏBƏRLƏR

Konsul: "Türkiyəyə ilk dəstək verən ölkə Azərbaycan oldu"

Erməni hərbçilərin cənazələrini ailələri qəbul etmədi

Türkiyəyə yardım etmək istəyənlər bu ünvana üz tutsunlar
