13 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

# 13:44
15 avqust 2022

 

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. APA TV-nın yerli bürosu xəbər verir ki, bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib. Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman aparatının məsələ ilə məşğul olduğu bildirilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR