170 manatlıq çəlləyi içindəki pivə ilə OĞURLADI

# 17:35
5 oktyabr 2022

Bakıda kafedən pivə çəlləyi oğurlayan şəxs saxlanılıb.

 

APA TV xəbər verir ki, hadisə Nizami rayonunda, C.Naxçıvanski küçəsi, 60 ünvanıda qeydə alınıb.

 

Həmin ərazidə yerləşən kafedən 170 manatlıq pivə çəlləyi, həmin çəlləyin içindəki 52 manat dəyərində olan 30 litr pivə və 170 manat dəyərində reduktorlar oğurlanıb.

 

Ümumilikdə kafeyə 392 manat dəyərində ziyan dəyib.

 

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o 30 litr pivəni içdikdən sonra çəlləyi Dərnəgül ərazisində tanımadığı şəxsə metal kimi 20 manata satıb.

 

Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin “Xırda talama” maddəsi ilə təqsirli bilinərək 2 ay müddətinə həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR