22 il əvvəl törədilmiş müəmmalı qətlin üstü açıldı

# 12:38
16 avqust 2022

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki illərdən bağlı qalmış cinayətin üstü açılıb. DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov APA TV-nin yerli bürosuna bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci fevral ayında Gəncə şəhər sakini Solmaz Yolçuyevaya məxsus evə quldurluq məqsədi ilə daxil olaraq xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ev sahibini öldürməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb. Onun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan şəxs vəfat etmiş Xəyal Səfərov və Arzu Hacıyevlə birlikdə törətdikləri məlum olub. Dindirilmə zamanı E.Məmmədov qətlə yetirilən şəxsin evində 30 000 ABŞ dolları olması barədə məlumat əldə etdiklərini, cinayəti törətdikdən sonra isə evdən cəmi 220 ABŞ dolları və bir qızıl üzük apardıqlarını etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR