2250 sakinin yaşadığı həyət abadlaşdırıldı - BAKIDA

# 16:39
8 may 2021

Paytaxtda abadlaşdırılan növbəti həyət sakinləri istifadəsinə verilib.

APA TV xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyət Suraxanı rayonunda yerləşir.

Yenilənmiş həyət Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində 2250 nəfər sakinin yaşadığı 20-28 saylı binaları əhatə edir.

Layihənin məqsədi yaşıllıqların bərpası, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onların sistematik idmanla məşğul olmaları üçün müxtəlif idman qurğuları, futbol meydançaları, şahmat meydançaları, uşaqlar üçün oyun meydançaları salınıb.

Yeni həyətin ərazisində 13 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Yeni həyətdə mövcud yaşıllaşdırmanı daha da genişləndirmək üçün karantin qaydalarına riayət edilərək 50 ağac əkilib. 3500 kvadratmetr sahədə isə yaşıllıq zolağı salınıb.

Binaların fasadları, dam örtükləri və giriş hissələri də tam təmir olunub.

Sakinlərin maraq və istəkləri nəzərə alınaraq binada təhlükəsizlik kameraları ilə yanaşı, müasir standartlara cavab verən liftlər də quraşdırılıb.

Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar, paytaxtıın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR