3 uşaq anası kafedə qətlə yetirildi
Bərdədə qadın qətlə yetirib.
Hadisə şəhərin mərkəzində yerləşən kafelərdən birində baş verib. 3 uşaq anası olan 35 yaşlı qadının 8 aylıq hamilə olub.
Axşam saat 12 radələrində Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Günay Ələkbərovanın bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Qadının qeyri-rəsmi nikahda yaşadığı kişi tərəfindən bıçaqlanaraq öldürüldüyü bildirilir.
İlkin araşdırma zamanı 1984-cü il təvəllüdlü Şirxan İmanovun Bərdə rayonunda yerləşən kafelərdən birində Günay Ələkbərovaya bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şirxan İmanov iş üzrə şübhəli şəxs qismində tutulub.