30 yaşlı kişi Kürdə batdı

# 14:06
5 oktyabr 2021

Kürdə batan 30 yaşlı kişinin meyiti tapılıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə çayın Yevlax ərazisindən keçən, çox da dərin olmayan  hissəsində baş verib.

1991-ci il təvəllüdlü Mehdi Musayevin meyitini Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu sudan çıxararaq aidiyyəti üzrə təhvil verib. 

Məlumata görə meyiti aşkarlanan şəxs  müvəqqəti olaraq Göygöl rayonunda məskunlaşan Kəlbəcər rayon sakinidir. Yaxınları Mehdi Musayevin ötən ayın 26-dan itkin düşdüyünü bildirir. Sentyabr ayının 30-u isə doğmalarının müraciətinə əsasən axtarışlarına başlanılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Ehtiram Muradov

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR