300 nəfəri evsiz qoyan şəxsə hökm oxundu

# 18:26
11 avqust 2022

 

Yevlaxda beşmərtəbəli yataqxana binasında qəsdən yanğın törətməkdə şübhəli bilinən Murad Əliyev məhkəmə qarşısına çıxarılıb. APA TV-nin əldə etdiyi xəbərə görə, Yevlax Rayon Məhkəməsində keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Murad Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, hadisə avqustun 9-da qeydə alınıb. Yayılan xəbərlərə görə, Murad Əliyev həmin vaxt sərxoş vəziyyətdə olub. Hadisəni törətməsinə səbəb isə həyat yoldaşı ilə aralarındakı mübahisə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR