4 mindən çox vətəndaş bu yollardan şikayətçidir

# 13:57
22 iyul 2022

Lənkəranın Veravul kəndinin yolları, yaratdığı çətinliklər sakinləri təngə gətirib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, 4 mindən çox sakin sözügedən yoldan istifadə etməyə məcburdur. Yolun bərbad vəziyyətdə olması həm piyada, həm də avtomobillə yolu keçmək istəyənlərə problem yaradır. Hava şəraiti pisləşəndə isə vəziyyət daha da çətinləşir.

Sonuncu dəfə 1991-ci ildə əsaslı təmir olunan mərkəzi yolun uzunluğu 4 km-dən çoxdur. Kənd sakinləri deyir ki, yol dağıntılara məruz qaldıqdan sonra bir neçə dəfə daxili imkanları hesabına təmir ediblər. Amma hazırkı vəziyyət heç də ürəkaçan deyil.  

Veravul sakinlərini narahat edən problemlə bağlı aidiyyəti üzrə müraciət etdik. Aldığımız cavab belə oldu...


İndi kənd sakinləri böyük bir ümidlə yolun təmiri üçün ayrılacaq vəsaiti və 30 illik problemin aradan qaldırılacağı günü gözləyir.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR