46 yaşlı kişi dəm qazından boğuldu
Mingəçevirdə 45 yaşlı kişi dəm qazından boğularaq ölüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhəri Şəhriyar küçəsi 4 ünvanında qeydə alınıb. 1976-cı il təvəllüdlü Şəki rayon Dəhnə kənd sakini Abir Məmmədov vanna otağında dəm qazından zəhərlənib. Onun meyitini Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Azərbaycan səfirliyinə hücum edən şəxs ora iki azyaşlı övladı ilə gedib

İrandakı səfirliyimizə hücum anının şok görüntüləri - ŞƏRHSİZ

Hazırda Azərbaycanın Tehrandakı səfirliyinin qarşısı - ŞƏRHSİZ
