70 ailənin yaşadığı bina qəzalı vəziyyətdədir

# 13:29
31 avqust 2022

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən 8 saylı bina qəzalı vəziyyətdədir. Sakinlər deyir ki, 2000-ci ildə baş verən zəlzələdən sonra binanın özülündə problemlər yaranmağa başlayıb. İki hissədən ibarət olan binanın bir hissəsində yaranan problem digər binaya da sirayət edib.

 

 

Sumqayıt Mənzil Kommunal Təsərrüfatı istehsalat Birliyinin baş mühəndisi Rövşən Fərəcov APA TV-yə bildirib ki, binaya mütəxəssislərin iştirakı ilə baxış keçiriləcək və buna uyğun olaraq müvafiq qərar veriləcək.

 

Qeyd edək ki, bina 1978-ci ildə istifadəyə verilib. Hazırda qəzalı vəziyyətdə olan binada 70 ailənin yaşayır.

 

RAMİL  ZEYNALLI,  ƏLİ ƏLİYEV

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR