ABŞ-dan Ukraynana HƏRBİ YARDIM: GÖRÜN İÇİNDƏ NƏLƏR VAR

# 11:43
23 aprel 2022

ABŞ Ukraynanı yaylım atəşli reaktiv sistemlərlə təmin etməyə başlayıb.

 

APA TV-nin Lent.az-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland məlumat verib.

 

Nuland əlavə edib ki, ABŞ hazırda Ukraynanın daha çox YARS alması üçün müttəfiqlərlə işləyir. 

 

Yeri gəlmişkən qeyd edək ki, ABŞ müharibə başlayandan Ukraynaya 3,4 milyard dollar həcmində hərbi yardım edib.

 

Hərbi yardıma 90 haubitsa və 16 Mi-17 helikopteri daxildir.

 

Pentaqonun yaydığı məlumatda bildirilir ki, söhbət artıq təhvil verilmiş və ya göndəriləcək silahlardan gedir. 

 

Bundan başqa, hərbi yardım paketinə 1400-dən çox “Stinger” hava hücumundan müdafiə sistemi və 5500-dən çox “Javelin” tank əleyhinə raket kompleksi də daxildir.

 

Bu silahlar arasında həmçinin 90 ədəd 155 mm-lik haubitsa, 183 min mərmi, MLRS raket sistemləri, yedəkləmək üçün 72 hərbi avtomobillər də var.
 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR