ABŞ-ın ən məşhur universitetindən dəvət aldı, pulu yoxdur deyə, gedə bilmir

# 16:24
9 iyun 2023

 

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan olunub. Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni Naxçıvan Muxtar Respublikası Şərur rayon Kürçülü kənd tam orta məktəbinin şagirdi göstərib. 394 bal toplayan Mikayıl Cəfərli II ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Azərbaycan dili və ədəbiyyat müəllimi Rəşadə Seyidova deyir ki, Mikayıl hər zaman öz savadı ilə digər şagirdlər üçün nümunə olub. Mikayılın valideyni Aynurə Cəfərova həm də övladının sinif rəhbəridir. O bildirir ki, Mikayıl bu nəticə ilə Amerikanın 6 universitetindən dəvət alıb. Lakin ailənin maddi durumu buna imkan vermir. İndi Mikayıl Cəfərli seçdiyi Miçiqan Universitetində təhsil alarsa 12500 dollar təqaüd alacaq. Ancaq ailənin təqaüd alana kimi yaranacaq xərcləri qarşılamaq imkanı yoxdur. Yardım etmək istəyən şəxslər +994514693315 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Ceyhun Məmmədov, Əli Xudiyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR