ABŞ Ukraynanı müharibəyə necə hazırlaşdırıb? – ŞOK SƏNƏD AÇIQLANDI / Rusiya-Ukrayna savaşı

# 19:43
8 mart 2022

Pentaqonun Ukraynanı Rusiyaya qarşı müharibəyə necə hazırlaşdırması ilə bağlı sənədlər mətbuata sızıb. 

APA TV Lent.az-a istinadən xəbər verir ki, ABŞ dekabr ayından etibarən Ukraynanı Rusiyaya qarşı küçə toqquşmalarına hazırlamaq üçün onu təyyarə və tank əleyhinə silahlarla silahlandırıb.

“Washington Post”un özəl xəbərinə  görə, ABŞ administrasiyası Ukraynanı şəhər müharibələrinə hazırlayıb. Sözügedən sənəddə ABŞ Müdafiə Nazirliyi olan Pentaqonun uzun müddətdir Kiyev administrasiyasına göndərdiyi hərbi texnikanın siyahısı yer alıb. Məlumata görə, Pentaqon son bir ildə Ukraynanı bir sıra avadanlıq və patrul katerləri ilə təmin edib. Bundan başqa, hərbi yardımlar arasında zenit raketləri və çoxlu sayda digər silahlar da var.

Xəbərdə Ağ Ev rəhbərliyinin çiyinlərdə daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri ilə birlikdə ilk dəfə Ukraynaya “Javelin” raketləri göndərdiyi bildirilib. Qəzetə danışan rəsmilər ABŞ-ın müharibənin küçə toqquşmalarına çevriləcəyini proqnozlaşdıraraq belə bir addım atdığını bildiriblər.

Siyahıya minaatan radarları, təhlükəsiz radiolar, elektron avadanlıqlar, tibbi avadanlıqlar, nəqliyyat vasitələri və “Javelin” raket sisteminin müntəzəm təchizatı daxildir. Ən azı doqquz Ada markalı patrul kateri və beş Mi-17 nəqliyyat helikopteri də ABŞ-ın artıq müdafiə təchizatı ehtiyatından Ukraynaya tədarük edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR