Ağcabədidə havanı çirkləndirən şəxslər barədə protokol tərtib olundu

# 14:39
23 avqust 2022

 

Ağcabədidə "Təmiz Hava" aylığı çərçivəsində reyd keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, polis əməkdaşlarının apardığı yoxlamalar zamanı nəqliyyat vasitələrindən normadan artıq zəhərli qazlar ixrac olunan avtomibillərin sürücüləri saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sürücüləri haqda müvafiq qaydada qərar qəbul edilib və belə sürücülərə inzibati protokol tərtib edilib. Onlarla profilaktik söhbətlər aparılıb. Həmçinin tədbir zamanı ciddi qayda pozuntusuna yol verərək həm nəqliyyatın, həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən, avtomobilə əlavə konstruksiya quraşdıran sürücülər də müəyyən olunub. Qayda pozan sürücülərə yol-hərəkəti qaydalarına riayət etməyin vacibliyi izah olunub və barələrində tədbir görülüb. Ümumilikdə təhlükəsizlik tədbirləri zamanı 30-a yaxın sürücüyə inzibati protokol yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR