Ağdam rayonunun 10 məktəbi koronavirusa görə bağlandı
Ağdam rayonu üzrə 10 təhsil ocağının fəaliyyəti müvəqqəti dayandırılıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, tam orta məktəblərin fəaliyyətinin dayandırılmağına səbəb həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin pozitiv çıxmağıdır.
Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA TV-yə açıqlamasında bildirib ki, rayon ərazisində fəaliyyət göstərən Əfətli, Birinci Yüzbaşılı, Alıbəyli, Mahrızlı, Dörd yol-2, Baharlı-2 və 150 saylı məktəblərində əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb: “Rayon ərazisində son zamanlar insanlar arası yoluxmanın sayı nisbətən artıb. COVID-19 müəllimlərdə aşkar olunduğu üçün 7 məktəb bağlanaraq distant təhsilə keçirilməsi qərarlaşdırılıb. Araşdırmalar nəticəsində bütün məlumatlar Respublika Gigiyena Epidemiologiya Mərkəzinə göndərilib”.
Rəhman Məmmədov bildirib ki, hal-hazırda Bənövşələr məktəbində direktor və riyaziyyat müəllimində COVID-19 virus infeksiyası aşkar olunub: “Onun üçündə həmin məktəbdə vəziyyət araşdırılaraq növbəti məlumatlar verilir Gigiyena Epidemiologiya Mərkəzinə onun əsasında müvafiq qərarlar veriləcək. Buradan sonra Qasımbəyli kənd orta məktəbində 1 nəfər müəllimdə virus aşkarlanıb. Araşdırmalardan sonra müvafiq qərarlar veriləcək”.
Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova isə APA TV-yə bildirib ki, ümumilikdə bağlanan 10 məktəbdən 7-si rayon ərazisində yerləşir, 3 məktəb isə Bərdə rayonu ərazisində fəaliyyət göstərən 3, 95 və 100 saylı məcburi köçkün məktəbləridir.
Bundan başqa Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəb 1 və 97 saylı məktəbdə isə 1 sinfin fəaliyyəti dayandırılıb, məktəbin direktorunun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
DİGƏR XƏBƏRLƏR

Bərdə sakinin üzərindən “Naqan” çıxdı

Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb

Lənkəranda məktəblilərin həyatı təhlükə altındadır
