Ağdama getmək istəyənlərin nəzərinə! - QAYDALAR

# 14:44
6 sentyabr 2021

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

 

APA TV xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb. O bildirib ki, səfərə qatılmaq üçün [email protected] elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.

 

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR