Ağdamda mina partlayışı: iki nəfər həlak oldu

# 16:18
16 mart 2023

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

 

Bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Həlak olanların 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov olduğu bildirilir. Onlar heyvan otararkən minaya düşüblər.

 

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR