Ağdamda XIII Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib
Bu gün Ağdamda Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib.Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar iftifaqının təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı Ağdam muğam mərkəzində baş tutub.
APA TV xəbər verir ki, konsert tədbirinin açılış hissəsində çıxış edənlər Azərbaycanın milli operasının banisi, dahi Üzeyir Hacıbəylinin həyat və yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən geniş söhbət açıb. Həmçinin festivalın Şuşa şəhərindən başlanması xüsusi olaraq vurğulanıb.
Fetivalı iştirakçısı, Azərbaycan Opera və Balet Teatrının və Azərbaycan Televiziyasının solisti Vüqar Yəhyayev jurnalistlərə açıqlamasında festivalda yerli musiqiçilərlə yanaşı xarici musiqiçilərin də iştirak etdiyini və bununda Azərbaycanın böyük uğuru olduğunu deyir.
Musiqisevərlərin iştirak etdiyi musiqi bayramında Fikrət Əmirov adına Xalq Çalğı və Rəqs Ansamblının ifasında musiqi əsərləri ifa edilib. Bundan başqa festivalı ərəfəsində simfonik musiqi axşamları, kamera musiqi axşamları, fortopiyano və vokal musiqi axşamları təşkil olunub.
Qeyd edək ki, Festival pandemiya dövründən sonra təşkil olunan ilk ən böyük musiqi tədbiridir. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar iftifaqının təşkilatçılığı ilə təşkil olunan Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi sentyabrın 24-də Bakı şəhərində keçiriləcək.
DİGƏR XƏBƏRLƏR

Şəhərləri addım-addım işğal edən sahibsiz itlər: Hər ay kimisə öldürürlər

Ordumuzun Ağdam və Şuşadakı mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulub

Mediada uşaq hüququları necə qorunur?
