Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketinin detalları açıqlanıb

# 15:17
15 mart 2022

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı dördüncü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.

 

APA TV xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

 

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketinə bunlar daxildir:

 

“Müəyyən dövlət müəssisələri ilə bütün maliyyə əməliyyatlarını qadağan etmək;

 

Rusiyanın hər hansı şəxs və ya qurumuna kredit reytinqi xidmətlərinin göstərilməsini, habelə onların kredit reytinqi fəaliyyəti ilə bağlı hər hansı abunə xidmətlərinə çıxışını qadağan etmək;

 

Rusiyanın müdafiə və sənaye bazası ilə əlaqəli şəxslərin siyahısını genişləndirmək;

 

Rusiyanın enerji sektoruna yeni investisiyaların qoyulmasını qadağan etmək, o cümlədən enerji sənayesi üçün avadanlıq, texnologiya və xidmətlərə geniş ixrac məhdudiyyəti tətbiq etmək;

 

Dəmir və polad, eləcə də dəbdəbəli mallarla bağlı əlavə ticarət məhdudiyyətləri tətbiq etmək”.

 

Həmçinin qeyd olunub ki, Aİ Şurası Ukraynadakı vəziyyətlə bağlı Kremlin "narrativi"ni dəstəkləyən əsas oliqarxlara, lobbiçilərə və təbliğatçılara, həmçinin aviasiya, hərbi və ikili istifadə, gəmiqayırma və maşınqayırma sektorlarında əsas şirkətlərə sanksiya tətbiq edəcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR