Ana və övladı niyə öldü? - TƏFƏRRÜATLAR

# 17:08
15 noyabr 2021

Saatlıda ana və körpəsi doğuş zamanı ölüb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 13-də rayonun Nəsimi kənd sakini, 1991-ci il təvəllüdlü Səkinə Bəkirova 9 aylıq hamiləliklə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. Doğuş zamanı ana və körpəsi ölüb. Doğuş prosesində iştirak edən mərhum Səkinə Bəkirovanın qohumu Zülfiyyə Aslanova həkimlərin doğuş prosesini səriştəsiz həyata keçirdiklərini deyir: “Doğuşun axırında doğum otağına daxil oldum. Həkimlər dedi ki, gəlin bizim sözümüzə baxmır, bəlkə sizin sözünüzə baxar. “Gəlinin sancısı tutub, güc vermir, bu necə qadındır?” deyirlər. Lətifə doktor gəlini söyürdü, yaxşı danışmırdı. STIK: Kömək edib uşağı zorla çıxardılar. Uşağa baxdılar, uşaq ölmüşdü. Uşaq sağ deyildi. Gəlindən çox qan getmişdi. Qan itirmişdi. Yazıq gəlinə nə oksigen vermək, nə də qan vermək imkanları var idi. Heç bir şey yox idi. İynə vurmağa da imkanları yox idi. Aptekə nə bilim o yana bu yana qaçırdılar ki… o qədər gəlini xarab etmişdilər ki, tikiş tikirdilər qan gedirdi. 15 qan axdı və ondan sonra rəhmətə getdi. Lətifə həkimdən şikayətçiyəm”.

Mərhumun həyat yoldaşı Naim Bəkirov xəstəxananın onlara təzminat ödəməsini tələb edir: “Dünən saat 8 radələrində Saatlı Rayon Mərkəzi Xəstəxanasına getdik. Orda sadəcə bir nəfər mama doktoru var idi. Saat 11 radələrində Lətifə doktoru gətirdilər. Saat 4 radələrində uşaq zorla dünyaya gəldi. Xəstəxanada nə iynə, nə də dərman var, gedirlər aptekdən alıb gəlirdilər. Uşaq dünyaya gəldi və öldü. Aradan 15 dəqiqə keçməmiş həyat yoldaşım da vəfat etdi. Bu necə xəstəxanadır yəni? Bax 8 yaşında xəstə uşağımız var, danışa bilmir. Vəziyyətimə baxın. Onlar təzminat ödəməlidirlər”.

Ailənin ittihamlarına xəstəxananın adı çəkilən həkim ginekoloqu Lətifə Əliyeva cavab verdi. Onun sözlərinə görə, Səkinə Bəkirova noyabrın 13-də saat 20.30-da doğuş sancıları ilə doğum şöbəsinə daxil olub: “Doğanda uşağın göbək ciyəsi 3 dəfə boğazına dolanmışdı. Suyu-dölyanı maye açılanda yaşıl rəngdə iyli su idi. Uşaq ölü doğuldu. Uşaq həkimi nə qədər yardım etsə də, gördük ki, ürəkdöyünməsi yoxdur. Ana da bu xəbəri eşidəndə pis oldu, elə bil şok oldu. Sonra anadan qanlı ifrazat gəldi. Biz bütün yardımların hamısını etdik. Protokolla bütün dərman yardımları etdik. Yardımlardan sonra qanaxma azaldı. Amma xəstə şokdan ayılmadı. Ölümə ilkin səbəb kimi tromboz ola bilər, xəstə zəif olar, uşağın ölməsi ona pis təsir edə bilər, qanaxma ola bilər”.

Qeyd edək ki, Mesxeti türkləri olan ailənin iki azyaşlı uşağı qalıb. Onlardan biri, 7 yaşlı Dilək əqli qüsurludur. Digəri isə 3 yaşında olan Barışdır. Qeyd edək ki, Naim və Səkinənin ikili vətəndaşlığı var, onlar həm də Türkiyə vətəndaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı,

Elçin Həsənov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR