ANAMA Qarabağda fəaliyyət göstərən minaaxtaran itlərin sayını artırır

# 15:47
4 iyul 2022

Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə Minatəmizləmə Agentliyi həm maddi-texniki bazasının genişləndirilməsi, həm də potensialın artırılması istiqamətində davamlı işlər görür. Belə ki, daha 5 xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq. Marşal İrsi İnstitutu ilə Minatəmizləmə Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ümumilikdə 30 minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 itin 2023-cü ilin ilk yarım illiyinədək göndərilməsi nəzərdə tutulub. Öncəki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları üzrə akkreditasiyadan keçirilərək, Qarabağda icra edilən əməliyyatlara cəlb olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR