APA TV-nin çəkilişindən sonra məktəb binası təmir edildi
Ramiz Cəfərov adına Masallı şəhər 6 nömrəli tam orta məktəbinin binası 1990-cı ildə tikilib. Məktəb binası 16 otaqdan ibarətdir. 300-ə yaxın şagirdin təhsil aldığı təhsil müəssisəsində 30 pedaqoji, 14 texniki işçi çalışır. Keçən ilə qədər məktəb çox qəzalı bir vəziyyətdə idi. Divarlarda çatlar əmələ gəlmişdi, döşəmə bərbad bir vəziyyət almışdı. Məktəbin qəzalı olması barədə APA xəbər sujet hazırladı. Sujetdən sonra aidiyyəti qurumlar dərhal əməli tədbirlərə keçdi. Məktəbdə artıq iki aydır ki, əsaslı təmir və bərpa işləri gedir. Hazırda, əsaslı təmir olunan məktəbin bir problemi var. O da istilik sistemi ilə bağlıdır. Bununla bağlı da artıq aidiyyəti üzrə müraciət edilib. Qeyd edək ki, Məktəbin sentyabr ayının 15-nə kimi təhvil verilməsi nəzərdə tutulub.
DİGƏR XƏBƏRLƏR

Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı oldu – APA TV

Azərbaycanda körpülər niyə selə dözmür?

FHN əməkdaşları “Kazkutkaru-2023” beynəlxalq xilasetmə yarışında iştirak ediblər
