Artıq Rusiyanın gizli bazalarını hər kəs görəcək - “Google” qadağanı qaldırdı

# 18:05
19 aprel 2022

“Google” şirkəti Rusiyanın hərbi obyektlərinə qoyduğu görüntü qadağasını qaldırıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin rəsmi tvitter hesabında məlumat verilib. Qeyd olunur ki, artıq hər kəs Rusiyanın müxtəlif hərbi qurğularını, qitələrarası ballistik raket sistemlərini, komanda məntəqələrini və gizli poliqonlarını xəritədə rahat şəkildə görə bilər.

 

Sitat: “İndi hər kəs hər piksel üçün təxminən 0,5 metr ayırdetmə ilə Rusiyanın hərbi infrastrukturunu görə bilər”. Sitatın sonu

 

KİV-lərdə paylaşılan fotolarda hərbi təyyarələr, gəmilər və aktiv hərbi bazalar əks olunub.

 

 “Google”un sözçüsü Larri Yu isə bildirib ki, şirkət görüntülərlə bağlı hansısa dəyişiklik etməyib.

“The Moscow Times” isə yazır ki, şirkətin bəyanatının əksinə olaraq, yayılan görüntülər yeni əlçatan olub.

Rusiya nəşrləri iddia edir ki, görüntülərə “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisi, Murmansk yaxınlığındakı nüvə silahı anbarı, Kamçatkanın Uzaq Şərq yarımadasındakı sualtı qayıqlar və Qərbi Kursk şəhərindəki hərbi aviabaza daxildir.

“The Times” iddia edir ki, “Google”un Rusiya hərbi bazalarını desenzuraya keçirməsi Moskva ilə ABŞ texnologiya nəhəngi arasında "gərgin münasibətlər" fonunda baş verib.

Üstəlik, Rusiyanın hərbi bazaları açıq görünsə də, Ukrayna bazaları xəritələrdə gizlədilir. 

 

Fuad Sadıqov APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR