Astara polisi əməliyyat keçirdi – NARKOTİK SATAN ŞƏXSLƏR TUTULDU

# 17:14
26 aprel 2021

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində 26 kiloqamdan artıq güclü təsiredici narkotik vasitə aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara sakinləri Elvin Ağayev və əvvəllər məhkum olunmuş Sədail Mövlanov saxlanılıblar. Keçirilən baxış zamanı Sədail Mövlanovun üzərindən 3 qramdan artıq tiryək aşkarlanıb.

Elvin Ağayevin yaşadığı evə və həyətdəki yardımçı tikililərə keçirilən baxış zamanı isə ayrı-ayrı bağlamalarda ümumilikdə 23 kiloqram 510 qram heroin və 3 kiloqrama yaxın tiryək aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb: “İranlı ilə sivyaza çıxmışdım. Dedi: “Get təzə yolda 42-ci kilometrdə malı götür, sənə yer deyərəm, gedib atarsan orada, sonra əvəzində pul veriləcək sənə”. Mən də elə oldu gətirdim evə gizlin şəkildə. Elə oldu ki, yarım saatdan sonra tutuldum”.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR