Astarada torpaq sürüşdü, yaşayış evi TƏHLÜKƏLİ VƏZİYYƏTƏ DÜŞDÜ

# 15:40
7 oktyabr 2022

Astarada torpaq sürüşməsi nəticəsində, ev qəzalı və təhlükəli vəziyyətə düşüb.

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, sürüşmə rayonunun Sım kəndində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional mərkəzinin əməkdaşları, Astara rayonunun Sım kəndində olublar. Məlum olub ki, baş verən torpaq sürüşməsi nəticəsində kənd sakini Xətai Xalıqova məxsus ev təhlükəli vəziyyətə düşüb. FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Xətai Xalıqov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən ev 4 otaqdan ibarətdir və ailədə 4 nəfər yaşayır.

İlkin Rzayev,
Rövşən Almazoğlu,
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR