At arabası aşıb, 68 yaşlı kişi həyatını itirdi

# 17:33
31 may 2022

Qaxda 68 yaşlı kişi bədbəxt hadisə  nəticəsində ölüb.


APA TV-nin  məlumatına görə, hadisə rayonun Əmbərçay kənd inzibati ərazisində baş verib.


Kənd sakini 1954-cü il təvəllüdlü Nemət Sadiq oğlu Əhmədov at arabası ilə sahədən evə qayıdarkən  arabadan yıxılıb və ağır xəsarət alıb.  Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Nemət  Əhmədov hadisə yerində ölüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Nemət Əhmədov yıxılan zaman ayaq damarı kəsilib. Onun qan axmadan öldüyü ehtimal edilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR