Avropa minalardan təmizlənmə prosesinə dəstək verəcək

# 17:51
17 may 2022

Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.

 

APA TV xəbər verir ki, Biznes forumu Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır. Tədbirdə çıxış edən Avropa İttifaqının yerli nümayəndəliyinin rəhbəri Peter Mixalko bildirib ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ticarət əlaqələri koronavirus (COVID-19) pandemiyasından əvvəlki səviyyəyə qayıdıb.
 

Peter Mixalko  Avropa İttifaqının yerli nümayəndəliyinin rəhbəri


“Ötən il Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard ABŞ dollarından çox olub, Azərbaycanın xarici ticarət dövriyyəsinin 44 faizi Aİ ölkələrinin payına düşüb. Hazırda yüzlərlə Avropa şirkəti Azərbaycanla iş görür. Biz ikitərəfli saziş üzərində işləyirik. Bu sənəd əməkdaşlığımızı daha da irəli aparacaq".

Bundan başqa, Peter Mixalko vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqazda sülh və əmin-amanlığa töhfə verməyə, minalardan təmizləmə prosesinə, yenidənqurmaya və münaqişədən əziyyət çəkənlərə dəstək göstərməyə hazırdır.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, neft və qaz Azərbaycanın əsas ixrac malları olaraq qalmaqdadır.

MİKAYIL CABBAROV  İQTİSADİYYAT NAZİRİ
”Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 40%-dən çox olub. 4 ay ərzində Azərbaycanda iqtisadi artım 7,2%, o cümlədən qeyri-neft sektoru üzrə artım 11,4% təşkil edib”.

Avropa İnvestisiya Bankının
Cənubi Qafqazda regional nümayəndəliyinin rəhbəri Matsey Çura isə qeyd edib ki, Azərbaycanda Avropa İnvestisiya Bankının Şərq Tərəfdaşlığı İnvestisiyaları üçün Fond (EPIC) adlanan yeni təşəbbüsünün tezliklə icrasına başlanılacaq. Bu layihə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dəstəklənməsi üçün imkanlar yaradacaq.

Semral Cavad
Fariz Quluyev
APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR