Avropada İLK DƏFƏ: Meymunçiçəyindən ölüm qeydə alındı
İspaniyada bir nəfər meymunçiçəyi xəstəliyindən ölüb.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu, Avropada meymunçiçəyindən ilk ölüm hadisəsidir.
İspaniya Səhiyyə Nazirliyi indiyədək meymunçiçəyi ilə 120 nəfərin xəstəxanaya müraciət etdiyini və bir nəfərin dünyasını dəyişdiyini bildirib.
Nazirlik ölümlə bağlı hər hansı təfərrüat verməyib, lakin İspaniyanın dövlət xəbər agentliyi “Efe” və digər media qurumları bunun ölkədə ilk meymunçiçəyi ölümü olduğunu bildirib.
Nazirlik həmçinin bildirib ki, İspaniyada virusa yoluxanların sayı 4298 nəfərdir.
DİGƏR XƏBƏRLƏR

Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər yaralanıb

Lənkəranda məktəblilərin həyatı təhlükə altındadır

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - ölən var
