Avropada yaşayan bəzi siyasətçilər ermənipərəst mövqe sərgiləyirlər - Musa Quliyev

# 13:31
11 oktyabr 2022

“Son vaxtlar Avropada yaşayan bəzi siyasətçilər ermənipərəst mövqe sərgiləyirlər”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

Deputat bildirib ki, bu gün terrorçu Ermənistanın Gəncəyə raket atmasından 2 il keçir: “Erməni terrorçular tərəfindən Vətən müharibəsi dövründə Gəncə şəhərinə 4 dəfə raket atılıb. Avropadakı o siyasətbazlar bunları eşitsinlər, görsünlər, dilə gətirsinlər. Ondan sonra onların erməni terrorçularının yanında durub-durmadığını bütün dünya görsün. Biz Ermənistan terrorunu pisləyirik. Biz bu terrorun bütün dünyaya qarşı olduğunu bilirik. Xocalı soyqırımı, Edilli faciəsi, Vətən müharibəsi dövründə Bərdənin, Gəncənin, Tərtərin raket hücumuna məruz qalması terror deyil, bəs nədir?”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR