Avtobus aşdı, 8 nəfər YARALANDI

# 17:57
29 oktyabr 2022

Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV xəbər verir ki, hadisə Sahil qəsəbəsi istiqamətində qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR