Avtomobil vurdu, 1 ay sonra xəstəxanada öldü
Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə ötən il dekabrın 23-də Nizami rayonu Q.Qarayev prospekti 61 ünvanının qarşısında baş verib. Cahangirov Abdulla Rafiq oğlu idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə hərəkətdə olarkən piyada, 63 yaşlı Xəlilov Ataman Şahverdi oğlunu ehtiyatsızlıqdan vurub.
Piyada aldığı xəsarətlərdən 2023-cü ilk yanvarın 24-də müalicə olunduğu xəstəxanada ölüb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Benzin və dizellə işləyən avtomobillərin satışı dayandırılır - Yeni qanun

Prezident: Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?
