Avtoxuliqanlıq edən sürücü həbs edilib

# 13:03
23 noyabr 2021

Salyanda avtoxuliqanlıq edən sürücü həbs edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Müvəqqəti olaraq Salyan rayonunda yaşayan Bərdə rayon sakini Asim Qafarov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə rayon ərazisində  avtoxuliqanlıq hərəkətləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və daha sonra həmin avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə paylaşıb.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Asim Qafarov 1 il sürücülük hüququndan məhrum edilməklə 15 sutka inzibati qaydada həbs edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR