Ayı 5 uşaq atasını parçaladı, özü də öldü

# 16:01
1 iyul 2022

Türkiyənin Ərzurum şəhərində ağ ayı çobana hücum edib.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, rayonun Olur Hükam kəndində qoyun otaran 5 uşaq atası 44 yaşlı Fateh İlhana ağ ayı hücum edib. Bu zaman ayı onun bədəninin müxtəlif nahiyələrini parçalayıb.

 

Çoban da ayıya ov tüfəngi ilə atəş açıb. Hadisə nəticəsində çoban da, ayı da ölüblər.

 

Çobandan xəbər ala bilməyən ailə üzvləri polisə xəbər veriblər. Dronlar vasitəsilə aparılan axtarış nəticəsində Fateh İlhanın parçalanmış cəsədi tapılıb. Davam etdirilən axtarışlar zamanı bir qədər aralıda çobana hücum edən ayının da cəsədi aşkar edilib.

 

Çobanın meyiti helikopterlə ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR