AZAL biletləri kimə satırmış? - DEPUTAT AÇIQLADI

# 13:16
17 iyun 2022

“Bu günlərdə Azərbaycanda ən çox müzakirə edilən məsələ Naxçıvan əhalisinin gediş-gəlişi ilə bağlıdır. Təyyarə biletlərinin qiymətlərinin 60 manata qaldırılması böyük problemlər yaradır”.

 

APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat bildirib ki, avtomobillə İrandan keçməklə Naxçıvana getmək əvvəllər 30 manat olsa da, indi 38 manata başa gəlir: “Digər bir problem isə təyyarə biletlərinin yoxluğudur. Biletlərin çoxu turizm şirkətlərinə satılır, yerli əhali buna görə problem yaşayır. İkincisi, Türkiyəyə olan qiymətlər çox bahadır. Buna görə də tələbələr İğdırdan Naxçıvana gəlməklə ölkəyə qayıtmaq istəyir. Yəni bilet qiymətlərinin artması bütövlükdə Azərbaycan əhalisi üçün problemə çevrilir. Bu məsələ üzərində hökumət çox ciddi düşünməli, problem həllini tapmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR