Azərbaycan Avropa və İtaliyaya qaz tədarükünün həcmini artıra bilər - İtaliyalı ekspert
“Mənim üçün, Şuşa haqqında italyanca kitab yazan bir şəxs üçün buraya gəlmək çox valehedicidir. Burada dağıntılarla yanaşı, böyük yenidənqurma işlərini də görürük. Azərbaycan Prezidenti İlham Əliyevlə üç saat davam edən görüşümüz zamanı, o, bizim bütün suallarımıza dolğun, dərin və tamamilə arqumentli cavablar verdi. Biz ölkənin, regionun və Ermənistanla münasibətlərin gələcəyi haqqında hər şeyi müzakirə etdik.
İtaliya Azərbaycan qazının ən böyük alıcılarındandır. İtaliya Rusiya asılılığından azad olmaq istəyir. Azərbaycan isə Avropa və İtaliyaya qaz tədarükünün həcmini artıra bilər. Və Prezident Əliyev bununla bağlı çox dürüst cavab verərək bunun o qədər asan olmadığını qeyd etdi, lakin iki ölkə bu istiqamətdə sıx əməkdaşlıq edir”.