Azərbaycan məktəblərində sonuncu dərs günü - NƏLƏR OLDU?

# 16:42
14 iyun 2022

Bu gün 2021-2022-ci tədris ilinin sonuncu zəngi çalındı. On minlərlə şagird 11 il təhsil aldıqları məktəbə “əlvida” deyib, yeni həyata qədəm qoydular. Bakı şəhər 5 nömrəli tam orta məktəbin 11-ciləri də bu gün doğma məktəbləri ilə vidalaşdılar.

 

11-ci siniflərlə yanaşı, bu gün 1-cilərin də bayramıdır. Çünki onlar artıq 2-ci sinfə qədəm qoymağın astanasındadırlar.

 

5 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri maraqlı anlarla yadda qaldı.

 

Xatırladaq ki, 2021-2022-ci  tədris ilində Bakı şəhəri üzrə gözlənilən şagird buraxılışı 23505 nəfər olub.

 

Onu da qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə orta ümumtəhsil məktəblərini ümumilikdə 91 min şagird bitirir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR