Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Mayın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.
Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.
DİGƏR XƏBƏRLƏR

Mədət Quliyev: Azərbaycan İsraillə birlikdə PUA istehsal edir

Azərbaycanın İsraildə səfirliyi açıldı

Müəllimlərə təkrar şans veriləcək - Sertifikasiyaya nə vaxt start veriləcək?
