Azərbaycan xəlvət yolla Xankəndiyə aparılan 14 iranlıya görə nota verdi

# 19:43
3 dekabr 2022

 

Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olması məsələsinə münasibət bildirib.

Ayxan Hacızadə qeyd edib ki, Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR