Azərbaycana qar yağacaq - XƏBƏRDARLIQ - APA TV

# 14:53
12 noyabr 2022

Noyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 4-9°, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.

 

Yeri gəlmişkən qeyd edək ki, Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək arabir yağış yağacağı gözlənilir. Azərbaycanın rayonlarında isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR