Azərbaycanda ata evdən gedən qızını öldürdü 

# 18:29
7 sentyabr 2022

Abşeronda dəhşətli qətl hadisəsi olub.

 

Hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev öldürüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayon Pirhəsənli kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev Abşeron rayona gələrək qızı Aybəniz Abdullayevanı bıçaqla qətlə yetirib.

 

Qeyd edək ki, Aybəniz Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR