Azərbaycanda daha bir kənd təhlükədə
Quba rayonunda torpaq sürüşməsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb.
Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə edib və aidiyyəti qurumlara məlumat verilib.
Quba rayon İcra Hakimiyyətindən (RİH) APA TV-yə verilən məlumata görə, RİH-nin başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib.
Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.
Əraziyə mütəmadi baxış keçirilir.
DİGƏR XƏBƏRLƏR

İcra başçısının qardaşı oğlu faciəvi şəkildə öldü

Şuşa cənnətə dönür - Şərhsiz

Qızının maşınla vurduğu ana 17 gün sonra öldü - FACİƏ / “APA XƏBƏR” - 15:00
